474849ff-3e4f-4236-b047-22e10af38c21..jpg

İtaliyalı nazir Qəzza xəstəxanasına hücumla bağlı kəşfiyyat məlumatlarını paylaşdı: “Belə çıxır ki, İsrail…”

Baxış sayı: 788 dəfə baxılıb.

İtaliyalı nazir Qəzza xəstəxanasına hücumla bağlı kəşfiyyat məlumatlarını
paylaşdı: “Belə çıxır ki, İsrail…”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İtaliya kəşfiyyatının əlində Qəzza zolağında xəstəxanaya hücuma görə İsrailin
məsuliyyət daşıdığına dair heç bir dəlil yoxdur”.

Bu sözləri İtaliya xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani
“Corriere della Sera” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, əldə olan məlumatlar İsrailin bu hadisəyə görə
məsuliyyətini istisna edir.

“Kəşfiyyatımızın digər ölkələrlə məlumat mübadiləsi zamanı əldə etdiyi
materiallardan belə nəticə çıxarmaq olar ki, Qəzzada xəstəxananın
bombalanmasına görə İsrail məsuliyyət daşımır. Əlimizdə olan məlumatlara
əsasən, görünür, İsrailin məsuliyyəti istisna edilir”, – deyə nazir bildirib.

Mənbə: TASS

Source link