273a2157-6bc6-43f1-9e64-8da311c6c4f8..jpg

İtaliyalı ulduz futbolçu öldü

Baxış sayı: 924 dəfə baxılıb.

İtaliyalı ulduz futbolçu öldü

İtaliya milli komandasının, “Çelsi” və “Yuventus” klublarının sabiq hücumçusu
Canluka Vialli bu gün 58 yaşında vəfat edib.

Qeyd olunur ki, Vialli mədəaltı vəzi xərçəngindən əziyyət çəkirmiş.

Sabiq hücumçu uzun müddət xərçənglə mübarizə aparsa da, Milad bayramı
ərəfəsində vəziyyəti pisləşib.

Xəstəxanaya yerləşdirilən Vialli yanvarın 6-da səhər saatlarında dünyasını
dəyişib.

Vialli İtaliya yığmasında 59 oyun keçirib. O, “Çelsi” ilə İngiltərə kubokunu
qazanıb, “Yuventus”un heyətində isə Çempionlar Liqasının qalibi olub.

Mənbə: Sky Sports

Source link