eeee7ac9-274a-41d1-8a4a-7745a91a6dd1..jpg

İtalyanlar Qurban Qurbanovun oğlunu Xviça Kvaratsxeliyaya bənzətdilər

Baxış sayı: 738 dəfə baxılıb.

İtalyanlar Qurban Qurbanovun oğlunu Xviça Kvaratsxeliyaya bənzətdilər

“Qarabağ”ın hücumçusu Musa Qurbanlının performansı İtaliya mətbuatının
diqqətini çəkib.

“Tuttomercatoweb” saytı 20 yaşlı forvardla bağlı yazı yayımlayıb. Gənc
hücumçunun 20 qolla çempionatın bombardiri olduğu və adını Azərbaycan futbolu
tarixinə yazdıracağı qeyd olunub. Onun Qurban Qurbanovun oğlu və Musa
Qurbanovun qardaşı oğlu olmasına diqqət çəkilib.

Sayt forvardı yerli Xviça Kvaratsxeliya hesab edib və bir çox klubun artıq
hücumçu ilə yaxından maraqlandığını yazıb. Musanı istəyənlər arasında
“Beşiktaş” və İtaliya təmsilçilərinin olduğu vurğulanıb.

Bundan başqa, Canni de Byazinin rəhbərliyi altında milli komandanın son 10
oyunun 5-də qələbə qazanması qeyd olunub. Bununla belə, sayt hesab edir ki,
Avstriya (1:4) və İsveçə (0:5) məğlubiyyətlərdən sonra onunla yolların
ayrılması mümkündür.

Source link