6477e506-9f93-43d0-9aa9-402f2e4e99f7..jpg

İtkin düşmüş 102 şəxsin eyniləşdirilməsi aparılıb, onlardan 35-nin qalıqları təhvil verilib

Baxış sayı: 581 dəfə baxılıb.

İtkin düşmüş 102 şəxsin eyniləşdirilməsi aparılıb, onlardan 35-nin qalıqları
təhvil verilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bildiyiniz kimi, azad olunmuş ərazilərdə Əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında təmsil olunan dövlət
qurumlarının əməkdaş və mütəxəssisləri ilə birlikdə axtarış-ekshumasiya və
qazıntı işləri həyata keçirilir”.

APA xəbər verir ki, bunu Dövlət Komissiyasının əməkdaşı Cəmilağa Ağayev deyib.

Onun sözlərinə görə, hazırkı vaxtadək azad olunmuş ərazilərdə 16 kütləvi
məzarlıq aşkar edilib. “Ümumilikdə isə 500-dən artıq insan qalığı götürülərək
şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün aidiyyəti üzrə laboratoriyalara
təhvil verilib. Genetik molekulyar analiz Dövlət Təhlükəsizliyi Xidmətinin
(DTX) Hərbi Tibb İdarəsində həyata keçirilir. Onu da bildirim ki, 2014-cü ildən
başlayaraq Dövlət Komissiyası itkin düşmüş ailələrin yaxınlarından bionümunələr
götürüb və onlardan profillər çıxarılaraq bazaya əlavə edilib”.

Cəmilağa Ağayev hazırda aşkar olunmuş insan qalıqlarından götürülmüş
nümunələrdən çıxarılmış analizlərlə eyniləşdirilmə aparıldığını əlavə edib:

“Onların şəxsiyyətləri müəyyən olunur. Hazırkı vaxta qədər 102 şəxsin
eyniləşdirilməsi həyata keçirilib, onlardan 35 şəhidin qalıqları artıq
ailələrinə təhvil verilib, dəfn mərasimləri keçirilib. 73 nəfərlə bağlı məsələ
isə hazırlıq mərhələsindədir, onların şəxsiyyətləri yaxın zamanlarda
ictimaiyyətə açıqlanacaq. Hazırda Dövlət Komissiyası tərəfindən ərazidə
axtarış-ekshumasiya prosesi davam etdirilir”.

Dövlət Komissiyasının əməkdaşı onu da bildirib ki, sözügedən proses çox vaxt
aparan mürəkkəb prosesdir.

Source link