df17019e-9999-4dee-9106-259c149e12eb.jpg

İtkin düşmüş 15-ə yaxın şəxsə aid sümük qalıqları ötən ay aşkarlanıb

Baxış sayı: 274 dəfə baxılıb.

“Cari ilin sentyabr ayında Dövlət Komissiyasına və BQXK-ya məlum olan
koordinatlar üzrə Ağdərə rayonu Sırxavənd kəndi ərazisində aparılmış işlər
nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş 15-ə yaxın şəxsə aid
sümük qalıqları aşkarlanıb”.

“Report” xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev “İtkin düşmüş
şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi”
mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

O bildirib ki, həmin ərazilərdə qazıntı və ekshumasiya işləri davam etdirilir:

“İlkin baxışa və təhlilə əsasən, həmin ərazilərdə bir neçə kütləvi məzarlığın
aşkarlanması ehtimalı böyükdür”.

Source link