086ff4fc-66f2-4d12-9927-af9cd6591d0d..jpg

İtkin düşmüş şəxslərlə bağlı filmin təqdimatı olub – FOTO

Baxış sayı: 569 dəfə baxılıb.

İtkin düşmüş şəxslərlə bağlı filmin təqdimatı olub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtkin düşmüş şəxslərlə bağlı çəkilən “Coğrafiya müəllimi” adlı qısametrajlı
bədii-sənədli filmin təqdimatı keçirilib.

Cixisyolu.com xəbər verir ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsində təşkil olunan
təqdimatda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət
Komissiyasının nümayəndələri, sənədli filmdə yer almış şəxslər, qeyri-hökumət
təşkilatları və media nümayəndələri iştirak ediblər.

Qısametrajlı bədii-sənədli film Birinci Qarabağ müharibəsində könüllü olaraq
döyüşlərə atılmış Şuşa sakini, 1992-ci ilin mayında Şuşanın işğalı zamanı itkin
düşmüş, hələ də taleyindən heç bir xəbər olmayan Nəsir Hüseynqulu oğlu
Bağırovun təsirli həyat hekayəsindən bəhs edir.

Filmdə əsas qəhrəman obrazı roluna Nəsir Bağırovun doğma nəvəsi və itkin
babasının adını daşıyan məktəbli – 167 saylı tam orta məktəbin 3-cü sinif
şagirdi Nəsir Bağırov çəkilib.

Filmin ssenari müəllifi Əməkdar jurnalist Mübariz Əsgərov, quruluşçu rejissoru
Xəyyam Abdullazadədir.

Film Qarabağ müharibəsində itkin düşmüş minlərlə Azərbaycan vətəndaşına həsr
edilib. Film xarici auditoriyada da nümayiş üçün ingilis dilində alt yazılarla
hazırlanıb.

İctimai baxışdan sonra tanınmış ictimai xadimlər, müxtəlif QHT təmsilçiləri
ekran işi ilə əlaqədar fikirlərini bölüşüblər, müəllif sualları cavablandırıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi itkin düşmüş şəxslər
mövzusunda uğurlu layihələrin dəstəklənməsi işini bundan sonra da davam
etdirəcək. Agentlik 2024-cü il üçün elan etdiyi müsabiqələrdə əsas
istiqamətlərdən biri kimi itkin, əsir və girovların taleyi ilə əlaqədar
təşəbbüslərə, onların ailələri ilə işə, dünyanın müxtəlif ölkələrində bu
kateqoriyadan olan şəxslərin hüquq və azadlıqlarının birgə müdafiəsinə dair
layihə təkliflərinə üstünlük verəcək.

Source link