71a3fe4b-62be-49a3-94e2-7ad6e66e8709..jpg

İTV-də Əlixan Rəcəbovun “Alatava” serialı başlayır – FOTO/VİDEO

Baxış sayı: 449 dəfə baxılıb.

İTV-də Əlixan Rəcəbovun “Alatava” serialı başlayır – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aktyor və ssenarist Əlixan Rəcəbovun İctimai Televiziyada (İTV) “Alatava”
serialı başlayır.

Kriminal komediya janrında olan filmdə gözlənilməz vəziyyətə düşən dörd dostun
hekayəsindən bəhs edilir.

Layihədə baş rolları Əlixan Rəcəbovun özü, Taleh Yüzbəyov, Azər Aydəmir, Vüqar
Əhmədzadə və Rumiyə Ağayeva oynayıblar.

“Alatava” ümumilikdə 10 seriyadan ibarətdir. Onların hər biri tammetrajlı
filmdir.

Layihənin premyerası aprelin 7-də saat 21:00-da İTV-də olacaq.

Qeyd edək ki, “Alatava” Bakının şimal-qərbində qəsəbə adıdır.


Source link