İTV-nin baş direktoru vəzifəsinə yeddi namizəd - SİYAHI

İTV-nin baş direktoru vəzifəsinə yeddi namizəd – SİYAHI

Baxış sayı: 2. 574 dəfə baxılıb.

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatıb.

MTRŞ-dan ÇıxışYolu.Com-a verilən məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə yeddi nəfər iddiaçı – Abbasov Rauf Müzəffər oğlu, Abbasov Səbuhi Mübariz oğlu, Mehrəliyeva Şəfəq Akif qızı, Mehtiyeva Rahilə İbrahim qızı, Xəlilova Qərənfil Əli qızı, Qarayev Sadıq Qurban oğlu, Qasımov Balakişi Ələkbər oğlu sənədlərini təqdim edib.

“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına təqdim edilib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlərin tam siyahısı belədir:

Soyadı, adı, atasının adı

Hal-hazırda işlədiyi müəssisə

1

Abbasov Rauf Müzəffər oğlu

Gəncə regional fövqəladə hallar və

mülki müdafiə şöbəsi, rəis müavini

2

Abbasov Səbuhi Mübariz oğlu

7news.az saytı, baş redaktor

3

Mehrəliyeva Şəfəq Akif qızı

ADA Universiteti, aparat rəhbəri

4

Mehtiyeva Rahilə İbrahim qızı

Elit informasiya agentliyi, MMC

baş direktor

5

Xəlilova Qərənfil Əli qızı

Hazırda işsizdir

6

Qarayev Sadıq Qurban oğlu

AMEA Mərkəzi Nəbatat

Bağı, elmi işçi

7

Qasımov Balakişi Ələkbər oğlu

İctimai Televiziya və Radio Yayımları

Şirkəti, baş direktorun müavini

www.ÇıxışYolu.Com