d5fe1fa0-dfb2-4600-9887-ede4cb21b477..jpg

İyirmi il axtarışda olan mafia başçısı “Google Maps”lə tapıldı – FOTO

Baxış sayı: 2. 172 dəfə baxılıb.

İyirmi il axtarışda olan mafia başçısı “Google Maps”lə tapıldı – FOTO

İtaliyanın Siciliya bölgəsində tanınan və 20 ildir axtarışda olan mafiya
başçısı Qioaççino Qammino “Google Maps” adlı xəritə tətbiqində görünən
fotoşəkili sayəsində İspaniyada tutulub.

İtaliyada milli mətbuatda yer alan xəbərə görə, o, İspaniya və İtaliya polis
idarələrinin əməkdaşlığı ilə həyata keçirilən əməliyyatda yaxalanıb. Məlum olub
ki, Qammino heç bir şübhə doğurmamaq üçün Madridin şimalında 25 min əhalisi
olan Qalapaqar rayonunda sadə bir vətəndaş kimi yaşayaraq, baqqal və aşpaz
işləyib.

İtaliyanın “La Repubblica” qəzetində İtalyan Mafiya Araşdırmasına İdarəsinə
(DIA) əsaslanaraq dərc edilən xəbərdə, ən çox axtarılan 100 mafiya başçısından
biri olan Qamminonun tutulmasında “Google Maps” tətbiqinin həlledici olduğu
vurğulanıb.

Araşdırma zamanı Qalapaqarda “Manu bağı” və “Manu mətbəxi” başlıqlı
plakatların “Google Maps” vasitəsilə diqqət çəkdiyi bildirilib və “Facebook”
səhifəsində özünü “Manuel şef” kimi təqdim edən şəxsin əslində Qioaççino
Qammino olduğu müəyyən edilib.

100 ən çox axtarılan mafiya başçısından biri olan Qammino “Məni necə tapdınız?
10 ildir ailəmə belə zəng etmirəm”, deyib.

Çoxsaylı mafiya cinayətlərinə görə mühakimə olunan və ilk dəfə 1990-cı illərin
sonunda Barselonada yaxalanan Qamminonun 2002-ci ildə film çəkilişləri zamanı
Romadakı həbsxanadan müəmmalı şəkildə qaçdığı və o vaxtdan bəri axtarışda
olduğu bildirilir.

Mənbə: CNN

Source link