7fa04689-fa4b-4628-b024-59fe544f3166..jpg

İyirmi səkkiz cüdoçumuz Avropa kuboku yarışlarında tatami üzərinə çıxacaq

Baxış sayı: 767 dəfə baxılıb.

İyirmi səkkiz cüdoçumuz Avropa kuboku yarışlarında tatami üzərinə çıxacaq

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisinin aprelin 8-də Çexiyanın
Teplitse şəhərində start götürəcək Avropa kuboku yarışları üçün heyəti
açıqlanıb.

Azərbaycan Cüdo Federasiyasından bildiriblər ki, iki gün davam edəcək yarışda
ölkəmiz 14 çəki dərəsində 20 oğlan və 8 qız idmançı ilə təmsil olunacaq.

Cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli,
yeniyetmələrdən ibarət kollektivin məşqçiləri Nicat Şıxəlizadə və Emin
İskəndərov, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və
gənc qızlardan ibarət millinin məşqçisi Kifayət Qasımova rəhbərlik edəcəklər.

Heyətdə Xədicə Abdullayeva (40 kq), Məryəm Bayramzadə (44 kq), Vüsalə
Hacıyeva, Fəridə Mirzəyeva (hər ikisi 48 kq), Xədicə Qədəşova, Aytən Verdiyeva
(hər ikisi 52 kq), Fidan Qasımova (57 kq), Kamilla Toholiyeva (63 kq), Rəsul
Əliyev (50 kq), Mirxaliq İskəndərov, Fərid Qarayev, Həsən Həsənli, Ayxan
Mirzəzadə (hamısı 55 kq), Xanəhməd Şərifov, Məhəmməd Musayev (hər ikisi 60 kq),
Murad Allahverdiyev, Mehdi Cəfərov, Səid Şərifov, Emil Hüseynzadə, Əbil Yusubov
(hamısı 66 kq), Süleyman Şükürov, Mehdi Abbasov, Allahverdi Səmədov (hər üçü 73
kq), Aslan Kotsoyev, Əli Qazıməmmədov, Hüseyn Eyvazlı (hər üçü 81 kq), Tuncay
Şamil (90 kq) və Ramazan Əhmədov (+90 kq) yer alıblar.

Cüdoçularımız aprelin 10-11-də Teplitsedə təşkil olunacaq təlim-məşq
toplanışına qatılacaqlar.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının B kateqoriyalı
beynəlxalq dərəcəli hakimi Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.

Source link