İyunda ardıcıl beş gün istirahət edəcəyik

İyunda ardıcıl beş gün istirahət edəcəyik

Baxış sayı: 2. 853 dəfə baxılıb.

İyun ayında ardıcıl beş qeyri-iş günü olacaq. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, iyunun 15-də Milli Qurtuluş günü ilə əlaqədar qeyri-iş günüdür. 

Ayın 15-16-da isə ölkədə Ramazan bayramı qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən, iyunun 15-də Milli Qurtuluş günü ilə Ramazan bayramı eyni günə düşdüyündən, bundan başqa, iyunun 16-sı şənbə gününə təsadüf etdiyindən ayın 18-19-da da iş olmayacaq. 

Beləliklə, ölkədə ardıcıl – iyunun 15-i, 16-sı, 17-si (bazar günü), 18-i, 19-u qeyri-iş günüdür. Növbəti iş günü iyunun 20-də olacaq. 

İyunun 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü olduğundan həmin gün qeyri-iş günüdür.

www.ÇıxışYolu.Com