c836019f-f895-4255-a0a7-0a153e75b1c3..jpg

İZİA-nın Peşə Təhsil Mərkəzi Macarıstan şirkəti ilə əməkdaşlıq edəcək

Baxış sayı: 895 dəfə baxılıb.

İZİA-nın Peşə Təhsil Mərkəzi Macarıstan şirkəti ilə əməkdaşlıq edəcək

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzi ilə
Macarıstanın “Vibrocomp International” MMC şirkəti arasında əməkdaşlığa dair
Anlaşma Memorandumu imzalanıb.

İZİA-dan verilən məlumata görə, Memorandumu Peşə Təhsil Mərkəzinin direktoru
Yadullah Babayev və “Vibrocomp International” MMC-nin icraçı direktoru Pal
Zoltan Bite imzalayıblar.

İZİA-nın Peşə Təhsil Mərkəzində keçirilmiş görüş çərçivəsində imzalanmış
memoranduma əsasən qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması, ətraf mühitin
mühafizəsi ilə bağlı birgə təlimlərin keçirilməsi və beynəlxalq təcrübənin
öyrənilməsi, ikitərəfli səfərlərin təşkili və s. məsələlərin həyata keçirilməsi
nəzərdə tutulur.

Qeyd edək ki, “Vibrocomp International” MMC Macarıstanın ətraf mühit və mülki
mühəndislik sahəsi üzrə konsultant şirkətidir.

Source link