d4a9ef4f-09cb-4d9d-97ed-26c612f80b95..jpg

İZİA-nın Peşə Təhsil Mərkəzində ödənişli kursların təşkilinə başlanılır

Baxış sayı: 851 dəfə baxılıb.

İZİA-nın Peşə Təhsil Mərkəzində ödənişli kursların təşkilinə başlanılır

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində martın 1-dən
“Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru” ixtisası üzrə
üç aylıq ödənişli kurslara start verilir. İxtisas üzrə ödəniş 600 manat təşkil
edir.

Məlumata görə, kurslarda dərslər həftəiçi beş gün saat 19:00-dan 22:00-dək,
şənbə günü isə saat 09:00-dan 15:00-dək təşkil ediləcək.

Bu kurslarda iştirak etmək istəyənlər fevral ayının 24-dək ərizə, şəxsiyyət
vəsiqəsi və iki ədəd fotoşəkil ilə Sumqayıt Kimya Sənaye Parkında yerləşən Peşə
Təhsil Mərkəzinin inzibati binasına yaxınlaşmaqla qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat üçün:

Telefon: (051) 205-97-51; (012) 525-39-57

E-poçt: [email protected]

Sayt: www.ezda.edu.az

Qeyd edək ki, yaxın vaxtlarda Peşə Təhsil Mərkəzində, həmçinin aşağıdakı
ixtisaslar üzrə üç aylıq ödənişli kurslara start veriləcək:

İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı; MAW,
MIG/MAG, TIG üsulları üzrə qaynaqçı; Proqramla idarə olunan dəzgahların
operatoru; Torna dəzgahının operatoru; Frez dəzgahının operatoru;
Elektromexanika üzrə usta; “Python” proqramlaşdırma; “Linux Redhat”
inzibatçılıq; Yardım masası (“Help Desk”) üzrə mütəxəssis; Kibertəhlükəsizlik
mütəxəssisi.

Source link