İzləyicilərə zarafatla seks təklif etdi, fahişə kimi həbs olundu

İzləyicilərə zarafatla seks təklif etdi, fahişə kimi həbs olundu

Baxış sayı: 3. 211 dəfə baxılıb.

Çinli bloqer Mis Ye sosial şəbəkədəki izləyicilərinə zarafatyana cinsi əlaqəda olmağı təklif edib, ancaq bu zarafat ona baha başa gəlib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “The Daily Mail” məlumat yayıb.

19 yaşlı qız sosial şəbəkələrdə Haynan adasında yerləşən “Double Tree by Hilton” hotelindəki nömrəsinə gələn istənilən “follower”i ilə gecələməyə hazır olduğunu yazıb.

Bir müddətdən sonra hotelin qarşısına üç minə yaxın kişi toplaşıb.

Nəticədə bu prank-zarafatı edən bloqer Çin polisi tərəfindən saxlanılıb. Bloqerin fahişəliklə məşğul olmaqda şübhəli bilindiyi açıqlanıb.

İstintaq nəticəsində məlum olub ki, Mis Ye, həqiqətən, adıçəkilən hotelin nömrəsində olub. Habelə, gecə saatlarında çox sayda insanın qapısını döyməyə başlamasından sonra otağı tərk etmək məcburiyyətində qalıb.

Canına qorxu düşən bloqer hərəkətindən peşman olaraq, qalmaqallı postunu yeniləyib və gəncləri daha onu hoteldə narahat etməməyə çağırıb.

Polis əməkdaşları taksi ilə hoteldən qaçan qızı beynəlxalq aeroportda saxlayıb. Bloqer 15 sutka həbs cəzası verilib və 500 yuan (130 manat) məbləğində cərimələnib.

.
www.ÇıxışYolu.Com