“İzvestiya”dan Azərbaycana qarşı - TƏXRİBAT - FOTO

“İzvestiya”dan Azərbaycana qarşı – TƏXRİBAT – FOTO

Baxış sayı: 2. 829 dəfə baxılıb.

Rusiyanın “İzvestiya” qəzeti Azərbaycana qarşı təxribata yol verən foto paylaşıb. 

ÇıxışYolu.Com xəbər verir ki, qəzetdə Ermənistanın eks-prezidenti, hazırda baş nazir postuna namizədliyi irəli sürülən Serj Sarkisyanla müsahibə dərc olunub. 

Müsahibədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sual yer alıb. S.Sarkisyan Qarabağ haqqında danışarkən “Artsax” sözündən istifadə edib.

Yazıda yerləşdirilən fotonun birində isə “Azad Artsaxa xoş gəlmişsiniz” yazılan lövhə əks olunub. 

Qeyd edək ki, 1917-ci ildə əsası qoyulan “İzvestiya” qəzetinin baş redaktoru milliyyətcə erməni Arseni Ohanesyandır.   

www.ÇıxışYolu.Com