005bbea5-8ae8-4de8-9bff-15311e57c766..jpg

Jah Khalibin Sankt-Peterburqdakı konserti Ukraynaya dəstəyindən sonra ləğv edildi

Baxış sayı: 977 dəfə baxılıb.

Jah Khalibin Sankt-Peterburqdakı konserti Ukraynaya dəstəyindən sonra ləğv
edildi

Daha çox Jah Khalib kimi məşhur olan hip-hop ifaçısı, repçi Bəxtiyar
Məmmədovun Rusiyanın Sankt-Peterburq şəhərindəki “M-1 Arena” idman kompleksində
aprelin 25-nə planlaşdırılan konserti ləğv edilib.

Məlumata görə, konsertin ləğvi ilə bağlı göstəriş onun keçirildiyi məkanın
rəhbərliyindən gəlib.

Musiqiçinin çıxışının ləğvi sosial şəbəkələrdə etirazlarla əlaqələndirilir.
İstifadəçilər Rusiyanın işğalı başlayandan sonra Ukraynaya açıq dəstək verən
Jah Khalibin konsertlərini ləğv etməyə çağırıblar.

O, sosial şəbəkə hesablarında “İndi mən sizi nəinki sevirəm, həm də sizə
heyranam” sözləri ilə Ukrayna xalqına dəstək olub.

Qeyd edək ki, azərbaycanəsilli ifaçı Qazaxıstanda fəaliyyət göstərir.

Source link