eaf68548-b21a-4243-a279-0ae79fe18618..jpg

Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq – YENİLƏNİB

Baxış sayı: 626 dəfə baxılıb.

Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransada saxlanılan aktyor Jerar Depardye polis idarəsindən azad edilib.

Bu barədə onun vəkili Kristian Sen-Pale bildirib.

O qeyd edib ki, Depardyeyə qarşı məhkəmə prosesi oktyabrda Fransada
keçiriləcək.

Xatırladaq ki, səhər saatlarında aktyor saxlanılıb. İki qadın hüquq-mühafizə
orqanlarına müraciət edərək Depardyenin çəkiliş zamanı onlara cinsi təcavüz
etdiyini iddia edib.

Mənbə: TASS

13:10

Məşhur fransız aktyor Jerar Depardye saxlanılıb.

Bu barədə Fransanın BFMTV telekanalı mənbəyə istinadən məlumat verib.

Telekanalın məlumatına görə, aktyor bu gün səhər saatlarında Parisdə polis
bölməsinə çağırılıb və barəsində saxlanılma qərarı verilib.

BFMTV qeyd edib ki, aktyor iki qadına qarşı cinsi təcavüz ittihamı ilə bağlı
saxlanılıb.

Bildirilib ki, ilk hadisə 2014-cü ildə “Sehrbaz və siamlar” (“Magicien et les
Siamois”, 2015) filminin, ikinci hadisə isə 2021-ci ildə “Yaşıl panjurlar”
(“Les Volets verts”, 2022) filminin çəkiliş meydançasında baş verib. Aktyor özü
bütün ittihamları rədd edir.

Qeyd edək ki, daha əvvəl Jerar Depardyeyə qarşı bir neçə analoji şikayətlər
verilib. Ən son şikayətlərdən biri ispaniyalı jurnalist Rut Basa tərəfindən
qalıdırlıb. Basanın sözlərinə görə, hadisə 1995-ci ildə, o, 23 yaşında ikən
Parisdə “Cinemania” jurnalı üçün aktyordan müsahibə aldığı zaman baş verib.

Source link