46d17ff1-d361-4af0-9cb9-76fa1f9ba246..jpg

Jerar Şenel: “Azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana dəstək göstərilməlidir”

Baxış sayı: 532 dəfə baxılıb.

Jerar Şenel: “Azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana
dəstək göstərilməlidir”

“İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi və bundan əziyyət
çəkən insanların müalicəsi üçün Azərbaycana dəstək göstərilməlidir”.

Bu fikirləri Fransanın Piyada əleyhinə minaların təmizlənməsi üzrə Milli
Komissiyasının sədri Jerar Şenel (Gerard Chesnel) “Report”un yerli bürosuna
bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Ermənistanın işğalından azad etdiyi
ərazilərində minaların sayı həddindən artıq çoxdur:

“Minalar bir-birinə çox yaxın yerləşdirilib ki, bunu hərbi nöqteyi-nəzərdən
izah etmək çətindir. Hər bir halda beynəlxalq hüquq qaydalarına əsasən, məğlub
olmuş ölkə özü tərk etdiyi əraziləri minalardan təmizləməlidir. Lakin
Ermənistan beynəlxalq hüququn qanunlarına riayət etməyib”.

J.Şenel Azərbaycanda minalarla iş üzrə güclü mütəxəssislərin olduğunu bildirib:

“Bu gün Azərbaycan özü bu əraziləri minalardan təmizləmək məcburiyyətindədir
və bunun üçün intensiv işlər aparır. Azərbaycanda bu işin öhdəsindən gəlmək
üçün kifayət qədər səriştəli mütəxəssislər var və onlar yüksək peşəkarlıq
nümayiş etdirirlər”.

Komissiya sədri qeyd edib ki, bu məsələdə xarici ölkələr tərəfindən
Azərbaycana kömək olunmalıdır.

“Təəssüflə bildirmək lazımdır ki, azad olunmuş ərazilərdə ermənilər tərəfindən
basdırılmış minalar səbəbindən insanlar zərər çəkirlər. Günahsız mülki şəxslər
minalara düşərək həlak, yaxud şikəst olurlar. Bu işdə Azərbaycana maddi yardım,
habelə şikəst olmuş insanların müalicəsi üçün xüsusi lazımi avadanlıqlarla
dəstək olunmalıdır. Bizim komissiya Azərbaycana yardım göstərəcək”, – o
vurğulayıb.

Source link