Jirinovski Azərbaycanın Rusiyaya birləşdirilməsi planlarından danışdı

Jirinovski Azərbaycanın Rusiyaya birləşdirilməsi planlarından danışdı

Baxış sayı: 5. 886 dəfə baxılıb.

Rusiya Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski bəyan edib ki, 2036-cı ildə siyasətdən gedəcək. Lakin buna qədər o, Azərbaycan və Tacikistanı Rusiyaya birləşdirəcək.

ÇıxışYolu.Com-ın Rusiya qəzetinə istinadən xəbərinə görə, belə bir bəyanat Vladimir Jirinovskinin vida nitqində yer alıb.

Jirinovski öz nitqini onun siyasətdən getməsini arzulayan jurnalistlərə həsr edib.

Siyasətçi bildirib ki, gələcəkdə Rusiyanın Ali hökmdarı vəzifəsini tutacaq və 2036-cı ildə siyasətdən gedəcək.

Jirinovskinin fikrincə, gələcəkdə Azərbaycan və Tacikistan Rusiyanın tərkibinə daxil olacaq.

www.ÇıxışYolu.Com