Rusiya Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski EKSPO-2025-ə Yekaterinburqun ərizəsinə dəstək layihəsinə qoşulub.
ÇıxışYolu.Com-ın xəbərinə görə, komissiya qarşısında çıxışı zamanı o təhlükəsizlik məsələlərinə diqqəti yönəltməyi təklif edib.
“Tezliklə Dubayda EKSPO-2020 keçiriləcək. Lakin orada Yaxın Şərqdən yaraqlılar istirahət edirlər Yaponiyanın Osaka şəhəri də sərginin keçirilməsinə namizəddir. Amma ora seysmik təhlükəli zonadır, zəlzələ baş verə bilər. Bakı? Yaxınlıqda Qarabağ var. Ümumilikdə Yaxın Şərqdə vəziyyət gərgindir. Amma Sverdlovsk vilayət- dünyanın ən təhlükəsiz yeridir”, – deyə Jirinovski bildirib.