Jirinovski: Rusiyanın tərkibində Bakı və Yerevan quberniyaları olmalıdır

Jirinovski: Rusiyanın tərkibində Bakı və Yerevan quberniyaları olmalıdır

Baxış sayı: 2. 671 dəfə baxılıb.

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Yerevan, Tbilisi və Kiyevdəki münaqişələrdən danışarkən bildirib ki, MDB-də ölkələrində sülh yalnız onların Rusiya Federasiyasının tərkibinə daxil olmasından sonra olacaq.

ÇıxışYolu.Com-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Jirinovski qeyd edib ki, Gürcüstan, Ermənistan və Ukraynanı daxili çəkişmələrdən yalnız Rusiya xilas edə bilər.

Siyasətçi MDB ölkələrini “ata evinə” qayıtmağa çağırıb.

Bundan əlavə Jirinovski bildirib ki, Rusiya Federasiyasında Bakı, Tbilisi, Odessa, Kiyev və Yerevan quberniyaları olmalıdır.

www.ÇıxışYolu.Com