Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Moskva və Yerevan arasında dəmiryol əlaqəsi qurmağı təklif edib.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “RİA Novosti” agentliyi məlumat yayıb.
“Mən Tbilisidən keçən Yerevan – Moskva sürətli qatarına əyləşmək istəyirəm”, – Jirinovski “Xatırlayıram və tələb edirəm” mitinqində çıxış edərkən deyib.
Bəzi mitinq iştirakçıları iki ölkə arasında metro çəkilməsini təklif edib. “Metro? Bəli, gəlin metro çəkək. Metro Yerevan – Moskva. Bizim alimlər bunu edə bilərlər. Erməniləri yüz illərlə qoruduğunuz üçün sizə təşəkkür edirik. Rus və ermənilər birdir”, – Jirinovski bildirib.