window._ttzi = 126;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsinin üzvü İqor Lebedev qurumun prezidenti vəzifəsinə namizədliyini irəli sürə biləcəyini bəyan edib.
ÇıxışYolu.Com TASS-a istinadən xəbər verir ki, İ. Lebedev hazırda məsələ ilə bağlı müzakirələrin aparıldığını bildirib.
Qeyd edək ki, 46 yaşlı İ. Lebedev Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin oğludur. İ. Lebedev 1999-cu ildən Dövlət Dumasının deputatıdır.
Xatırladaq ki, Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko dekabrın 19-da səlahiyyətlərinin icrasını dayandırıb.