da88d373-4162-42fa-a23e-5042109859c6..jpg

Jiru Fransa millisindəki taleyinə aydınlıq gətirdi

Baxış sayı: 669 dəfə baxılıb.

Jiru Fransa millisindəki taleyinə aydınlıq gətirdi

“Milan” klubunun və Fransa millisinin hücumçusu Olivye Jiru yaxın vaxtlarda
milli komandadakı karyerasını bitirmək fikrində olmadığını bildirib.

“Ümid edirəm ki, qarşıda daha çox emosiyalar məni gözləyir. Ayaqqabılarımı
mismardan asıb, ürəyimə yaxın olan bu mavi köynəyi çıxarmağa hələ hazır
deyiləm. Davam etmək üçün motivasiyalıyam və fiziki olaraq buna hazıram.
Hazırda mən hələ də Fransa millisinin oyunçusuyam”, – deyə 36 yaşlı futbolçu
bildirib.

Qeyd edək ki, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında 36 yaşlı Jiru
Fransa millisinin heyətində vurduğu qolların sayına görə əfsanəvi hücumçu Tyeri
Anrini qabaqlayıb. Belə ki, Jiru millidə 120 oyun keçirib və 53 qol vurub.

Mənbə: France 2

Source link