“Johnnie Walker” Azərbaycan Qran-Prisinin mərkəzində - FOTO

“Johnnie Walker” Azərbaycan Qran-Prisinin mərkəzində – FOTO

Baxış sayı: 2. 918 dəfə baxılıb.

“Johnnie Walker”in hekayəsi, adından da göründüyü kimi, viskiyə öz adını vermiş şəxslə sıx bağlıdır. Hər şey 1820-ci ildə Kilmarnok adlı kiçik bir şəhərcikdə başladı. 1920-ci ildə “John Walker & Sons” şirkəti “Johnnie Walker” brendinin 120-dən çox bazarda satışa çıxarılaraq ilk həqiqi dünya markasına çevrilməsinin yüzilliyini qeyd etdi.

Məhz həmin vaxtdan etibarən bu brend dünyanın bir nömrəli Şotland viskisi kimi nüfuz qazanmağa davam edib və tezliklə özünün 200 illik yubileyini qeyd edəcək.

Hazırda dünyanın bir nömrəli Şotland viskisi olan “Johnnie Walker” və onun məşhur şüarı “Keep Walking”  öz ənənəvi reklamı ilə bütün dünyada ayrılmaz ikiliyə çevrilib.

“Johnnie Walker” Azərbaycan Qran-Prisinin mərkəzində - FOTO

XX əsrin sonlarından etibarən öndə gedən markalar olan “Johnnie Walker Red Label” və öz sahəsində ikona çevrilən “Johnnie Walker Black Label” içki qarışıqları sənətinin zirvəsində dayanan “Johnnie Walker Blue Label” markasına qoşulub. “Johnnie Walker Blue Label” rəqibsiz bir şah əsər hesab olunur.

O, Şotlandiyanın ən nadir və ən xüsusi viskilərinin qarışığından hazırlanmış zərif bir içkidir. Hər on min çəlləkdən yalnız biri “Johnnie Walker Blue Label” markasının əlamətdar dadını ötürə biləcək əsrarəngiz keyfiyyət, xüsusiyyət və ləzzətə malikdir. Xüsusi səbəblər üçün xüsusi bir içki…

“Johnnie Walker” Azərbaycan Qran-Prisinin mərkəzində - FOTO

2014-cü ildə “Johnnie Walker” 1950-ci illərdən bəri keçirilən “Formula-1” yarışlarının rəsmi visikisi olmaqla, idmanla əlaqəsini daha da möhkəmləndirdi. Bu tərəfdaşlıq dünya üzrə “Formula-1” azarkeşlərini içkidən məsuliyyətli şəkildə istifadə proqramına – #JOINTHEPACT Never Drink + Drive – cəlb etmək məqsədilə “Johnnie Walker” brendi üçün qlobal bir platforma yaradıb.

Azərbaycan ilk dəfə 2016-cı ildə Grand Prix yarışlarına ev sahibliyi etmişdi və bundan iki il sonra biz Bakı küçələrinin yenidən yarış festivalı ilə canlandığını görmək üçün səbirsizlənirik.

Yarışın keçirildiyi həftəsonlarında paytaxtımız minlərlə turist və “Formula-1” azarkeşlərini bu möhtəşəm  platformaya dəvət edir, çünki FORMULA 1 2018 AZERBAIJAN GRAND PRİX daha geniş kütlələri əhatə edərək hər zamankından daha yaxşı keçiriləcək.

“Formula-1”-in rəsmi viskisi olaraq  “Johnnie Walker” içki sevərlərin bu möhtəşəm həftəsonu yarışlarından zövq almasına töhfə vermək üçün bu tədbirin mərkəzində yer alacaq.

“Johnnie Walker” Azərbaycan Qran-Prisinin mərkəzində - FOTO

Qeyd edək ki, spirtli içkilərin sui-istifadəsi insan sağlamlığı üçün zərərlidir. Spirtli içkilərdən həddən artıq istifadə alkoqolizmə səbəb ola bilər. Bu, spirtli içkilərin sui-istifadəsi nəticəsində yaranmış və xroniki intoksikasiya doğuran, spirtli içkilərdən psixi və (və ya) fiziki asılılıqla, habelə digər mənfi tibbi–sosial nəticələrlə ifadə olunan xəstəlik vəziyyətidir.

www.ÇıxışYolu.Com