e392655b-a7ec-43bd-8279-53e80db97d84..jpg

Jozefa Ciakometti Piredda: “Fransa ilə Korsika arasında siyasi həll istiqamətində inkişaf yoxdur” – VİDEO

Baxış sayı: 512 dəfə baxılıb.

Jozefa Ciakometti Piredda: “Fransa ilə Korsika arasında siyasi həll
istiqamətində inkişaf yoxdur” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Korsika müstəqillik tərəfdarlarının “Nazione” partiyasını yaratmasından qısa
müddət sonra və daxili işlər naziri Jerald Darmanənin Korsikaya səfərindən bir
neçə gün əvvəl Fransa polisinin iki fəalımıza qarşı törətdiyi zorakılıq aktı
qəbuledilməzdir. Biz onların, ailələrinin yanındayıq.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Korsika Assambleyasının deputatı Jozefa
Ciakometti Piredda səsləndirib.

O bildirib ki, son bir neçə ayda baş verən hadisələr Fransa hökuməti ilə
vəziyyətin çox kritik olduğunu bir daha göstərir. Fransa ilə Korsika arasında
real həll yolları tapmaq lazımdır. “Son vaxtlardakı hadisələrdən danışsaq,
bəlkə də mərkəzsizləşdirmə sahəsində müəyyən kiçik irəliləyiş olub, ancaq əsl
inkişaf yoxdur. Əsl siyasi həll istiqamətində inkişaf olmayıb. Xalqımızın öz
torpaqlarında hüquqlarının, dilinin tanınması istiqamətində irəliləyiş yoxdur.
Bizim üçün əsl siyasi həll lazım olan sahələrdə inkişafdan söhbət belə getmir”,
– deyə deputat vurğulayıb.


Source link