d9c140f6-76aa-4d68-9380-e87c64f722c8..jpg

Juninyo “Bayer 04”ə qarşı oyunda meydana çıxacaq? – “Qarabağ”dan AÇIQLAMA + FOTO

Baxış sayı: 663 dəfə baxılıb.

Juninyo “Bayer 04”ə qarşı oyunda meydana çıxacaq? – “Qarabağ”dan AÇIQLAMA +
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın hücumçusu Juninyonun UEFA Avropa Liqasının 1/8 mərhələsinin cavab
oyunları çərçivəsində Leverkuzendə “Bayer 04”ə qarşı matçda meydana çıxma
şansları dəyərləndirilib.

Məsələ ilə bağlı Ağdam klubunun Mətbuat Xidmətinin rəhbəri Anar Hacıyev Cixisyolu.com
-a açıqlama verib.

“Juninyonun oyuna çıxıb-çıxmayacağı barədə hazırda dəqiq bir məlumat yoxdur.
Tam dəqiq qərar oyun günü baş tutacaq məşqdən sonra bilinəcək”, – A.Hacıyev
bildirib.

Qeyd edək ki, UEFA Avropa Liqasının 1/8 mərhələsində Bakıda baş tutan
“Qarabağ” – “Bayer 04” matçının ilk yarısı “Qarabağ”ın 2:0 hesablı üstünlüyü
ilə bitsə də, ikinci yarıda rəqib komanda hesabı bərabərləşdirməyi bacarıb.
Qarşılaşmanın 82-ci dəqiqəsində Juninyo zədələnib və Nəriman Axundzadə ilə
əvəzlənib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Əli Quliyev

Source link