Jurnalist Jirinovskini özündən çıxardı - VİDEO

Jurnalist Jirinovskini özündən çıxardı – VİDEO

Baxış sayı: 4. 846 dəfə baxılıb.

Rusiyada “Kommersant” qəzetinin müxbiri Andrey Kolesnikovun  bir gün əvvəl prezidentliyə namizədlərin teledebatında baş verən gərginliklə bağlı sualı Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovskini özündən çıxarıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.  

Bir gün əvvəl “Rossiya 1” telekanalının efirində Jirinovski ilə prezidentliyə namizəd Kseniya Sobçak arasında gərginlik yaşanmış, sonuncu təhqiramiz ifadələrə görə, Jirinovskinin üzərinə su atmışdı.

Bugün Liberal Demokratların lideri Moskva “Manejində” açıqlama verən zaman, “Kommersant” müxbiri Andrey Kolesnikov ona yaxınlaşıb və teledebatda yaşanan gərginliyin səbəbini öyrənməyə çalışıb. Müxtəlif replikalarla mübadilədən sonra Jirinovski hiddətlənib.

“Sən təxribatçısan, ay jurnalist, sənə maraqlı məlumat lazımdır…Xoşuna gəlmir- dur rədd ol! ”-deyə Jirinovski bildirib.

www.ÇıxışYolu.Com