Jurnalist Səbuhi Məmmədli dəfn edildi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Tanınmış jurnalist Səbuhi Məmmədli dəfn olunub.
APA-nın xəbərinə görə, Səbuhi Məmmədli doğulduğu Ucar rayonunun Müsüslü
kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində Səbuhi Məmmədlinin yaxınları, media nümayəndələri iştirak
ediblər.
Şəkərli diabet, ürək və böyrək çatışmazlığı, ağciyərin pnevmoniyasından
əziyyət çəkən Səbuhi Məmmədli gecə saatlarında müalicə olunduğu “Yeni Klinika”da
vəfat edib
Qeyd edək ki, Səbuhi Məmmədli 11 sentyabr 1970-ci ildə Ucar rayonunda anadan
olub. Bakı Dövlət Universitetini bitirən Səbuhi Məmmədli əmək fəaliyyətinə
müəllim kimi başlayıb. 1990-cı illərdən mətbuatda yazıları çap olunmağa
başlayan jurnalist “525-ci qəzet”, “Azərbaycan”, “Yeni Müsavat” qəzetləri ilə
əməkdaşlıq edib. Səbuhi Məmmədli 10 ildən çoxdur “Lent.az” saytında çalışıb.
2022-ci ildə jurnalistdə aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış
xroniki xəstəliyi aşkarlanıb.
Aparılan müalicələrə tabe olmadığı üçün onun sol ayağı, 2023-cü ildə isə sağ
ayağı amputasiya edilib.
Bir neçə gün əvvəl səhhəti yenidən pisləşən jurnalist M.Ə.Mirqasımov adına
Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi
nəticəsində bərpa olunub. Daha sonra isə o, “Yeni Klinika”ya köçürülüb.
Həkimlərin səyinə baxmayaraq, süni tənəffüs aparatına qoşulan jurnalistin
həyatını xilas etmək mümkün olmayıb.