da88c03e-6ea8-4d41-91b2-0127294c1147..jpg

Kəlbəcərdə aşan yük maşınının sürücüsünün meyiti tapılmayıb: Selin apardığı ehtimal olunur – VIDEO

Baxış sayı: 340 dəfə baxılıb.

Kəlbəcərdə aşan yük maşınının sürücüsünün meyiti tapılmayıb: Selin apardığı
ehtimal olunur – VIDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kəlbəcər rayonu Comərt kəndində ağır yol-nəqliyyat hadisəsi nəticəsində öldüyü
deyilən sürücünün meyiti tapılmayıb.

Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupundan ”Report”un Qərb bürosuna
verilən məlumatına görə, nəqliyyat vasitəsinin sürücüsü R.Şahbazovun meyitini
sel sularının apardığı ehtimal edilir.

Onun axtarışlarına başlanılıb.

Qeyd edək ki, bu gecə rayonun Comərt kəndində “HOVO” markalı yük avtomobilinin
idarəetmədən çıxaraq çaya aşması nəticəsində Göyçay rayon sakini, 1998-ci il
təvəllüdlü Bəhram Sadıqov və Şirvan rayon sakini, 1981-ci il təvəllüdlü Rahim
Şahbazov həlak olublar.

Onlar Kəlbəcərdə aparılan yenidənqurma işlərində çalışırmışlar.

Faktla bağlı araşdırma aparılır.

Source link