cd9a5758-1882-4aa4-a07c-a593efb4b821..jpg

Kəlbəcərdə at oğruları həbs edildilər

Baxış sayı: 830 dəfə baxılıb.

Kəlbəcərdə at oğruları həbs edildilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lokal antiterror tədbirlərindən sonra Azərbaycan Ordusunun nəzarətinə keçən
ərazilərə qeyri-qanuni şəkildə keçərək orada erməni sakinlərdən qalmış atları
Goranboya gətirən şəxslər həbs ediliblər.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xocalı şəhər sakini olan və
Mingəçevirdə yaşayan 1972-ci il təvəllüdlü Oqtay Hüseynov və qardaşı oğlu,
Xocalıda qeydiyyatda olan, Goranboyun Börü qəsəbəsində yaşayan 1992-ci il
təvəllüdlü Şahin Hüseynov məsuliyyətə cəlb ediliblər.

Belə ki, həmin şəxslərin bir neçə gün əvvəl müvafiq qaydada icazə olmadan
Kəlbəcər rayonuna, minalanmış əraziyə daxil olması və sahibsiz qalan atları
Goranboy ərazisinə gətirmələri məlum olub. Hər iki şəxsin Gülüstan kəndi
istiqamətindən Kəlbəcər rayonu – Sərsəng su anbarı istiqamətinə getmələri və
oradakı heyvanları Börü kəndinə gətirmələri müəyyənləşib. Polis əməkdaşları
Börüyə gedərək həyətə baxış keçirərkən həmin şəxslər müqavimət göstəriblər və
atları necə əldə etmələrini gizlətməyə çalışıblar.

Bundan sonra əmi və qardaşı oğlu saxlanılıb və barələrində inzibati protokol
tərtib edilib.

Goranboy Rayon Məhkəməsinin qərarı ilə onların hər birinə səkkiz sutka
inzibati həbs cəzası verilib.

Source link