529c0d2f-c155-4f78-a42b-db6767af3cf9..jpg

Kəlbəcərdə mövqelərimiz atəşə tutulub – VİDEO

Baxış sayı: 484 dəfə baxılıb.

Kəlbəcərdə mövqelərimiz atəşə tutulub – VİDEO

Oktyabrın 2-si saat 17:20-dən 18:00-dək Ermənistan silahlı qüvvələrinin
bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən
mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış
məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bundan başqa, qeyd olunan istiqamətdə yerləşən mövqelərimizin
üzərinə döyüş kvadrokopterləri vasitəsilə əldəqayırma partlayıcı vasitələr də
atılıb.

Azərbaycan Ordusunun bölmələri itki verməyib, qeyd olunan istiqamətdə adekvat
cavab tədbirləri görülüb.


Source link