d881eca4-d0a8-4b28-abf9-2f8aad7d415e..jpg

Kəlbəcərdə saxlanılan erməni diversantın cinayət işi üzrə ibtidai istintaq başa çatıb

Baxış sayı: 556 dəfə baxılıb.

Kəlbəcərdə saxlanılan erməni diversantın cinayət işi üzrə ibtidai istintaq
başa çatıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kəlbəcərdə saxlanılan erməni diversant – Qaqik Aşoti Voskanyanın cinayət işi
üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, cinayət işi üzrə materiallar baxılması üçün Gəncə Ağır
Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Abdulla Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, bu il avqustun 16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin
Kəlbəcər rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin
kəşfiyyat-diversiya qrupu tərəfindən terror-təxribat əməliyyatları həyata
keçirmək məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması faktı
ilə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanaraq ibtidai istintaq
aparılıb.

Qeyd olunan qanunsuz əməllərin qarşısı alınan zaman saxlanılmış Ermənistan
silahlı birləşmələrinin üzvü Qaqik Aşoti Voskanyan Cinayət Məcəlləsinin 206.3.2
(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının
qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən odlu silahdan istifadə etməklə terrorçuluq), 228.2.1 (qabaqcadan
əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə,
daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına
aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir
qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət
sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində
cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Source link