7f9a3c50-15e8-46b5-b7e7-6d4dfb91e045..jpg

Kəlbəcərdə saxlanılan erməni diversantın məhkəməsi başladı – YENİLƏNİR + FOTO/VİDEO

Baxış sayı: 427 dəfə baxılıb.

Kəlbəcərdə saxlanılan erməni diversantın məhkəməsi başladı – YENİLƏNİR +
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məhkəmə prosesində dövlət ittihamçısı Müşviq Rəhimov cinayət işi üzrə ittiham
aktını oxuyur.

10:43

Kəlbəcərdə saxlanılan erməni diversant Qagik Aşotoviç Voskanyanın cinayət işi
üzrə məhkəmə prosesinin ilk baxış iclası başlayıb.

Cixisyolu.com-ın məlumatına əsasən, işə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə
baxılır.

Məhkəmə prosesində Tofiq İsmayılov, Elvin Hüseynzadə, İsrafil Məmmədov, Xəyal
Daşdəmirov, Əli Kərimov zərərçəkmiş qismində özlərini təqdim ediblər.

Qeyd edək ki, zərərçəkmişlər hərbçilərdir.

08:58

Bu gün Kəlbəcərdə saxlanılan erməni diversant Qagik Aşotoviç Voskanyanın
cinayət işi üzrə məhkəmə prosesinin ilk baxış iclası keçiriləcək.

Cixisyolu.com-ın məlumatına əsasən, işə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə
baxılacaq.

Q.Voskanyanın hüquqlarını vəkil Dilsuz Məmmədov müdafiə edəcək.

İş üzrə 5 nəfər zərərçəkmiş var.

Qeyd edək ki, avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı
qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata
keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi
istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə
edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib.

Bölmələrimizin sayıqlığı nəticəsində atəş vasitələrimizin dəstəyi ilə erməni
hərbçilərin təxribatının qarşısı alınıb. Nəticədə diversiya qrupunun bir üzvü
yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb.
Kəşfiyyat-diversiya qrupunun digər üzvləri geri çəkilməyə məcbur edilib.

Qeyd olunan qanunsuz əməllərin qarşısı alınan zaman saxlanılmış Ermənistan
silahlı birləşmələrinin üzvü Qaqik Aşotoviç Voskanyan Cinayət Məcəlləsinin
206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş
sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən odlu silahdan istifadə etməklə terrorçuluq), 228.2.1
(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə
etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin
salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan
əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan
Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə
təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə
həbs qətimkan tədbiri seçilib.

Daha çox şəkil burada: PhotoStock.az

Source link