11134419-d200-4443-a2b8-9bd0326fde58..jpg

Kəlbəcərdə tikintisi davam edən “İstisu” İstirahət – Müalicə Kompleksindən GÖRÜNTÜLƏR – VİDEO

Baxış sayı: 733 dəfə baxılıb.

Kəlbəcərdə tikintisi davam edən “İstisu” İstirahət – Müalicə Kompleksindən
GÖRÜNTÜLƏR – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kəlbəcərdə ötən ilin yayında təməli qoyulmuş və hazırda tikilməkdə olan
“İstisu” İstirahət-Müalicə Kompleksi hər ay minlərlə turist qəbul edə biləcək.

Xezerxeber.az-ın məlumatına görə, 34 hektar ərazidə salınması nəzərdə tutulan
“İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına
malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin
tikilməsi də planlaşdırılır.

Xatırladaq ki, hələ sovet dövründə illik 50 min turist rahatlıqla burada
dincələ və müalicə ala bilirdi. İndi isə bu potensial daha da artırılır.

Mövzu ilə bağlı danışan millət vəkili Aqil Məmmədov bildirib ki, işğal
müddətində tam yararsız hala salınmış sanatoriya yeni görkəmdə tikiləcək və
əvvəlki şöhrəti qaytarılacaq.

Onun sözlərinə görə, bütün işlər yerli sakinlərin Kəlbəcərə köçürülməsi ilə
paralel aparılacaq.

Qeyd edək ki, Kəlbəcərdə məşhur mineral su sayılan “İstisu” bulağı ətrafında
ilk dəfə 1928-ci ildə eyniadlı sanatoriya yaradılıb.

Ətraflı süjetdə:


Source link