Kəlbəcərli girovlarla bağlı Avropa Məhkəməsinə videogörüntü göndərilib

Kəlbəcərli girovlarla bağlı Avropa Məhkəməsinə videogörüntü göndərilib

Baxış sayı: 2. 253 dəfə baxılıb.

Ermənilərin Kəlbəcərdə girov götürdükləri azərbaycanlılar – Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə bununla bağlı müvafiq sənədlər göndərilib.

ÇıxışYolu.Com-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda Avropa Məhkəməsi ilə kommunikasiya işləri gedir:

“Bizdə olan sənədlərlə öz münasibətimizi bildirəcəyik. Ümid edirəm ki, yaxın aylarda biz Avropa Məhkəməsində müsbət qərarların qəbulunun şahidi olacağıq”.

Anar Bağırov qeyd edib ki, Azərbaycan vətəndaşlarının qanunsuz həbsinə son qoyulmalıdır:

“Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülən zamanı işgəncə verilməsi ilə bağlı videogörüntü və səbəblər Avropa Məhkəməsinə təqdim edilib”.

www.ÇıxışYolu.Com