78f47f89-543d-4011-adf4-8b6617f40ec8..jpg

Kəmalə Ağazadə: “Sənədləri olmayan uşaqlar təhsildən məcburi yayınırlar”

Baxış sayı: 633 dəfə baxılıb.

Kəmalə Ağazadə: “Sənədləri olmayan uşaqlar təhsildən məcburi yayınırlar”

“Sənədləri olmayan uşaqlar bağçaya və məktəbə gedə bilmirlər, təhsildən
məcburi yayınırlar”.

Cixisyolu.com xəbər verir ki, bununla bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri
Kəmalə Ağazadə sosial şəbəkə üzərindən Elm və Təhsil Nazirliyinə açıq müraciət
edib.

O, sığınacaqda məskunlaşan uşaqların sənədi olmadığına görə nə məktəbə, nə də
bağçaya götürülmədiyini bildirib.

Bununla əlaqədar Cixisyolu.com olaraq, Elm və Təhsil Nazirliyinə ünvanladığımız
sorğuya cavabda bildirilib ki, sığınacaq rəhbərinin müraciəti aidiyyəti
struktur bölmələri tərəfindən araşdırılıb.

“Elm və Təhsil Nazirliyinin rəhbərliyinin tapşırığına uyğun olaraq, müvafiq
sənədlərinin çatışmaması səbəbindən təhsildən kənarda qalmış 22 uşağın yeni
tədris ilindən təhsil almaq hüququ təmin olunacaq. Həmin siyahıda adı keçən bir
qrup uşağın fərdi təhsilə cəlb edilməsi ilə bağlı da araşdırma davam etdirilir.
Qısa zamanda aidiyyəti dövlət qurumları ilə uşaqların şəxsiyyətini təsdiq edən
sənədlərin əldə edilməsi istiqamətində müvafiq tədbirlər görüləcək.

Elm və Təhsil Nazirliyi məsələni ictimai diqqətdə saxlayan təşkilata təşəkkür
edir və belə həssas məsələlərin daim diqqətdə saxlanılmasına xüsusi önəm
verir”, – deyə nazirliyin məlumatında vurğulanıb.

Aysel Aslan

Source link