Kəmalə Piriyeva “Maska” şousundakı gizliliklərdən danışdı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Maska” şousunda gizlilik o səviyyədədir ki, heç kim bir-birinin üzünü görmür.
Bütün iştirakçılarla heç kəsə bir kəlmə deməmək barədə şərt kəsilir. Bu barədə
hətta ailə üzvlərimiz də heç nə bilmir. Elə məhz bu qayda orada iştirakı
çətinləşdirir”.
Bu fikirləri Lent.az-a açıqlamasında şouda kəpənək obrazı
Piriyeva deyib.
O, şoudan özü getmək arzusunda olduğunu bildirib.
“Bu veriliş üçün bizim mahnılarımız öncədən yazılmışdı. Mənə təklif gələndə
kəpənək kostyumunu görüb Kəpənək obrazında olmaq istədiyimi dedim. Amma inanın,
o kostyumu geyinmək asan deyildi. Çəkilişlər hələ yayda başlamışdı. Kostyumun
içində çox isti olurdu, maskam da burnumun üstünü sürtmüşdü buna görə dözmək
heç də asan olmurdu”, – o bildirib.
“Şou o dərəcədə mükəmməl hazırlanmışdı ki, heç kim bir-birinin üzünü görə
bilmirdi. Hər iştirakçıya ayrıca otaq ayrılmışdı. Məsələn, çıxıb tualetə getmək
lazım gəlirdisə, komandaya bildiriş gedirdi ki, iştirakçı dəhlizə çıxır. Bütün
dəhlizlər boşaldılırdı ki, kimin dəhlizə çıxdığını heç kim görməsin.
Telekanalın ətrafında maşınlarımızın görünüb tanınmaması üçün bizi ora xüsusi
maşınlarla aparıb gətirirdilər, görüşü isə neytral ərazidə təşkil edirdilər.
Məsələn, məni hansısa bir parkın ərazisindən götürüb telekanala aparır, içəriyə
də son dərəcə gizli yollarla salırdılar. Bu məsələdə ən çətini ailə
üzvlərimizdən harada olduğumuzu gizlətmək idi”, – o bildirib.
View this post on Instagram
A post shared by Cixisyolu.com (@oxuaz)