d9aac20d-1c53-4e2e-8ece-c1e62589e219..jpg

Kəmaləddin Heydərovdan yeni təyinatlar

Baxış sayı: 356 dəfə baxılıb.

Kəmaləddin Heydərovdan yeni təyinatlar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyində (FHN) yeni təyinatlar olub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı nazir Kəmaləddin Heydərov müvafiq
əmrlər imzalayıb.

Nazirin əmrinə əsasən, FHN-in Gəncə Regional Mərkəzinin rəisi
polkovnik-leytenant Kənan Aşurov vəzifəsindən azad edilərək nazirliyin Baş
idarəsində yeni vəzifəyə təyin olunub.

Digər əmrlə isə FHN-in Şimal-Qərb Regional Mərkəzinin rəisi
polkovnik-leytenant Elnur Məhərrəmov vəzifəsindən azad olunaraq Gəncə Regional
Mərkəzinin rəisi təyin edilib.

FHN-in Gəncə Regional Mərkəzinin rəis müavini, mayor Ramin Orucov da
vəzifəsindən azad olunaraq, Aran Regional Mərkəzinin rəisi təyin edilib.

Bundan əlavə, FHN-in Şimal-Qərb Regional Mərkəzinin rəis müavini vəzifəsində
çalışan polkovnik Ceyhun Babayev sözügedən mərkəzin rəisi təyin olunub.

Source link