Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fövqəladə Hallar Nazirliyində növbəti kadr təyinatı olub.
Manset.az xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin
Heydərovun müvafiq əmri ilə, Mülki Müdafiə Qoşunlarının Təşkilati səfərbərlik
bölməsinin rəisi polkovnik-leytenant Hikmət Məhi oğlu Hacıyev Mülki Müdafiə
Qoşunlarının kadrlar şöbəsinin rəisi təyin olunub.
Qeyd edək ki, H.Hacıyev bir müddət öncə Prezident İlham Əliyevin müvafiq
sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.