Kənan Bədəlov: “Festivalda təqdim edilən bütün şərablar Azərbaycan
istehsalıdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Festivalda təqdim edilən bütün şərablar Azərbaycan istehsalıdır, hər biri
özəl və dadlıdır. Çox fəxr etdiyimiz bir mənzərədir”.
Bunu Cixisyolu.com-a Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin
təşkilatçılığı ilə Meysəri kəndində keçirilən II Üzüm və Şərab Festivalının
qonağı, tanınmış kulinariya bloqeri Kənan Bədəlov deyib.
O qeyd edib ki, şərablarımızın dünyada tanınması, milli yeməklərimizlə
birlikdə milli şərabçılığımızın təbliği çox vacibdir:
“Bu gün təşkil edilən festival da çox maraqlı və önəmlidir. Ziyarətçilərin də
maraqla qarşıladığının şahidi oluruq.
Demək olar, bütün şərabları, xüsusilə yeni növləri dequstasiya etmək imkanımız
oldu. Mən Azərbaycanda istehsal edilən şərabların hər birini çox sevirəm”.
Aysel Aslan