Kənd Təsərrüfatı Nazirliyində yeni – TƏYİNAT

Kənd Təsərrüfatı Nazirliyində yeni – TƏYİNAT

Baxış sayı: 2. 598 dəfə baxılıb.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.

ÇıxışYolu.Com-ın əldə etdiyi məlumata görə, nazir İnam Kərimovun əmri ilə Elvin Paşayev Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları departamentinin rəhbəri təyin edilib.

Qeyd edək ki, E.Paşayev bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdiri vəzifəsində çalışıb.

www.ÇıxışYolu.Com