Kənd Təsərrüfatı Nazirliyindən ciddi xəbərdarlıq

Kənd Təsərrüfatı Nazirliyindən ciddi xəbərdarlıq

Baxış sayı: 2. 882 dəfə baxılıb.

Kənd Təsərrüfatı Nazirliyindən ciddi xəbərdarlıq

Bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı mübarizə işləri aparılarkən xüsusi geyim və vasitələrdən istifadə olunmalıdır. 

ÇıxışYolu.Com xəbər verir ki, kimyəvi preparatların tətbiqi ilə bağlı təlimatlara ciddi əməl edilməlidir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin nümayəndələrinin Tərtər rayonunda fermerlərlə maarifləndirici görüşündə bu mövzudan bəhs edilib. Xidmətin nümayəndələri Seydimli kəndində pambıq sahəsinə baxış keçirib, fermerlərlə maarifləndirici söhbət aparıblar.

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev bu barədə fikirlərini bildirib: 

“Bütün hallarda kimyəvi preparatlardan istifadə labüddür. Amma nəzərə almalıyıq ki, bunlar zərərli kimyəvi maddələrdir. Bu maddələrlə işləyərkən sahə aqronomları, mexaniklər, operatorlar, texniki işçilər mütləq qoruyucu vasitələrdən istifadə etməlidirlər. Özlərini bu yolla kimyəvi preparatların zərərli təsirindən qorumalıdırlar.

Kimyəvi preparatların tətbiqi ilə bağlı təlimatlara ciddi əməl edilməlidir. Digər tərəfdən hər bir preparatın toksiki dərəcəsinə görə tətbiqindən sonra sahədə mexaniki və əl işlərinin aparılma müddətlərinə məcburi qaydada əməl olunmalıdır. Əks halda bu, bir sıra fəsadlara gətirib çıxara bilər”.

S.T.
www.ÇıxışYolu.Com