13bec911-da78-4e58-946f-654b7231a0b4..jpg

“Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək

Baxış sayı: 571 dəfə baxılıb.

“Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən mayın 18-19-da Bakıda “Kənddən şəhərə”
həftəsonu yarmarkası təşkil olunacaq. Yarmarkada 20-dək regiondan 40-a yaxın
fermerin iştirakı gözlənilir. Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və
qida məhsullarının satışını həyata keçirəcəklər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Cixisyolu.com-a
bildirilib ki, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun
“Gənclik” stansiyasının çıxışı) ünvanında fəaliyyət göstərəcək yarmarkada
məhsullar birbaşa fermerlər tərəfindən satışa çıxarılacaq. Məhsulların
kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək.

Vətəndaşlar satışa çıxarılan istənilən məhsulun keyfiyyət göstəricilərini
öyrənmək üçün səyyar qida laboratoriyasının xidmətlərindən faydalana biləcəklər.

Yarmarkanın keçirilməsində əsas məqsəd təsərrüfat sahibləri üçün alternativ
satış kanalı yaratmaq, həmçinin şəhər sakinlərini yerli və təbii kənd
məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz piştaxta, tərəzi və digər lazımi
avadanlıqlarla təmin olunacaqlar.

Qeyd edək ki, “Kənddən şəhərə” yarmarkalarında iştirak etmək istəyən fermerlər
+994 50 400 88 99 çağrı mərkəzi ilə əlaqə saxlaya və ya yarmarkanın sosial
şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.

Source link