9ba50be9-5017-4e06-b086-08dcc65e63bc..jpg

Kəngərli rayonunda qəza: Xəsarət alanlar var – FOTO

Baxış sayı: 416 dəfə baxılıb.

Kəngərli rayonunda qəza: Xəsarət alanlar var – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kəngərli rayonunda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

APA xəbər verir ki, hadisə rayonun Qıvraq qəsəbəsində qeydə alınıb.

Şərur rayonu, Yaycı kənd sakini, 1975-ci il təvəllüdlü Qabil Sabir oğlu
Zeynalovun idarə etdiyi avtomobil KIA markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə Qaraxanbəyli kənd sakinləri – 1972-ci il təvəllüdlü Sara Məhərrəm
qızı Babayeva və 1992-ci il təvəllüdlü Rəxşəndə Elman qızı Babayeva xəsarət
alıblar.

Onlar Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə
yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Source link