e6bd9794-5675-4a51-a623-07aa6e17efd7..jpg

“Kəpəz” “Sumqayıt”a qalib gəldi, “Sabah” Şamaxıda məğlub oldu – YENİLƏNİB + VİDEO

Baxış sayı: 871 dəfə baxılıb.

“Kəpəz” “Sumqayıt”a qalib gəldi, “Sabah” Şamaxıda məğlub oldu – YENİLƏNİB +
VİDEO

Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

Cixisyolu.com xəbər verir ki, günün ikinci matçı Sumqayıtda baş tutub.

Autsayderlər mövqeyində qərarlaşan şəhərin eyniadlı komandası ilə “Kəpəz”
üz-üzə gəlib. Qarşılaşma Gəncə təmsilçisinin qələbəsi ilə yekunlaşıb. 6-cı
dəqiqədə Ahmed Ayzaya, 38-ci dəqiqədə isə Martins Juniorun vurduğu qol
sayəsində “Kəpəz” rəqibini səfərdə məğlub edib. “Kimyaçılar”ın gücü 88-ci
dəqiqədə fərqi minimuma endirməyə çatıb – 1:2. Yusif Nəbiyev avtoqol müəllifi
olub.

Gəncəlilər Premyer Liqada “Sumqayıt”la matçlardakı 6 oyunluq qələbə həsrətinə
son qoyublar. Qərb klubu buna qədər axırıncı dəfə 6 il əvvəl – 2017-ci ildə bu
rəqibini üstələyib.

Ötən turda olduğu kimi, bu dəfə də qələbə qazanan Tərlan Əhmədovun kollektivi
xal ehtiyatını 20-yə çatdıraraq, yenidən sonuncu pilləni tərk edib. Samir
Abasovun başçılıq etdiyi “gənclik şəhəri” təmsilçisi isə aktivindəki 18 xalla
turnir cədvəlinin 9-cu yerində qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunlarında “Zirə” səfərdə “Turan Tovuz”a (2:0),
“Şamaxı” evdə “Sabah”a (2:1) qalib gəlib, “Səbail”lə “Qəbələ” arasındakı matç
heç-heçə (2:2) başa çatıb. Tura fevralın 27-də keçiriləcək “Qarabağ” – “Neftçi”
oyunu ilə yekun vurulacaq.

16:32

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

Cixisyolu.com xəbər verir ki, “Şamaxı” öz meydanında “Sabah”ı qəbul edib. Şamaxı
şəhər stadionunda təşkil edilən matç saat 14:30-da start götürüb.

Matç ev sahiblərinin qələbəsi ilə başa çatıb – 2:1. “Şamaxı”nın heyətində Amil
Yunanov dubl edib. Qonaqların qolunu Aleksey Kaşuk vurub.

24 turdan sonra paytaxt təmsilçisi 53 xalla 2-cidir. “Şamaxı” isə bu qələbə
ilə xalını 19-a çatdırıb. Sonuncu yerdən xilas olan “şirlər” turnir cədvəlində
7-ci pilləyə yüksəliblər.

Azərbaycan Premyer Liqası

XXIV
25 fevral (şənbə)
“Şamaxı” – “Sabah” – 2:1
Qollar: Amil Yunanov, 72, 90+5 – Aleksey Kaşuk, 77


Source link