8e09cc04-3909-4b5f-a92b-7d66b0be9f47..jpg

“Kəpəz” yeni baş məşqçisinin adını yaxın günlərdə açıqlayacaq

Baxış sayı: 444 dəfə baxılıb.

“Kəpəz” yeni baş məşqçisinin adını yaxın günlərdə açıqlayacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Kəpəz” klubu yeni baş məşqçisinin adını yaxın günlərdə açıqlayacaq.

“Report”un məlumatına görə, Gəncə klubunun rəhbərliyi artıq danışıqları
tamamlayıb.

Mövsümün qalan hissəsində “sarı-göylər”ə Adil Şükürov rəhbərlik edəcək. 46
yaşlı mütəxəssis karyerası ərzində “Zirə” və “Şüvəlan” klublarını çalışdırıb.
O, “Kəpəz”in baş məşqçi postunda Azər Məmmədovu əvəz edəcək.

Qeyd edək ki, A.Məmmədov Azərbaycan Premyer Liqasının XII turunda “Qarabağ”a
1:7 hesablı məğlubiyyətdən sonra istefa verib. 12 oyuna cəmi 6 xal toplayan
Gəncə təmsilçisi turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Source link