“Kəpəz”i Premyer Liqada Təhsil Nazirliyinin klubu əvəzləyə bilər

“Kəpəz”i Premyer Liqada Təhsil Nazirliyinin klubu əvəzləyə bilər

Baxış sayı: 2. 430 dəfə baxılıb.

Futbol üzrə Azərbaycan Premyer Liqasında komandaların sayında yenə dəyişiklik olmayacaq.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasından sonra qurumun baş katibi Elxan Məmmədov bildirib.

O qeyd edib ki, 2018/2019 mövsümündə Premyer Liqa klublarının sayı yenə səkkiz olacaq. Bu, o deməkdir ki, Premyer Liqada sonuncu yeri tutmuş komanda I diviziona düşəcək, həmin liqadan isə elitaya bir komanda vəsiqə qazanacaq.

Hazırkı durumda elitanı tərk etməsi dəqiqləşmiş komanda Gəncənin “Kəpəz” klubudur. I divizionda çempionluğu təmin etmiş komanda isə Bakını təmsil edən “Xəzər” klubudur. Lakin Elxan Məmmədovun sözlərinə inansaq, bu klub hələlik Premyer Liqada iştirak üçün lazımi lisenziya şərtlərini yerinə yetirməyib. 

Ümumiyyətlə, I divizion klublarından lisenziya tələblərini yerinə yetirmiş yeganə komanda “Sabah”dır. Təhsil naziri olarkən Mikayıl Cabbarovun kurasiyası altında “Vətən” adı ilə fəaliyyətinə başlamış Bakı klubu isə I divizionda VI sırada qərarlaşıb. Arif Əsədovun baş məşqçisi olduğu komandanın heç bürünc medal qazanmaq şansı yoxdur.

Elxan Məmmədov onu da bildirib ki, “Zirə” klubunun yararlandığı Zirə İdman Kompleksinin stadionunun süni ot örtüyü dəyişdiriləcək. Qazon sünidən təbiiyə keçiriləcək. Bunun maddi xərcləri isə qəsəbə klubu tərəfindən yox, AFFA tərəfindən qarşılanacaq. Qazonun dəyişdirilməsi prosesinə iyulda başlanılacaq.  

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com