db526ed5-4d54-4355-8cb4-9bf34e78d3d9..jpg

“Kəpəz”in bıçaqlanan azarkeşi əməliyyat olunub, şübhəli şəxs saxlanılıb – YENİLƏNİB

Baxış sayı: 918 dəfə baxılıb.

“Kəpəz”in bıçaqlanan azarkeşi əməliyyat olunub, şübhəli şəxs saxlanılıb –
YENİLƏNİB

Azərbaycan Premyer Liqasının XX turunda “Səbail”lə oyundan sonra bıçaqlanan
Rahib adlı “Kəpəz” azarkeşi 1 saylı Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub.

Gəncə klubundan “Report”a verilən məlumata görə, hazırda onun həyatı üçün
təhlükə yoxdur. Hadisəni törətməkdə şübhəli bilinən “Səbail” fanatı isə artıq
saxlanılıb.

Xəstəxanada “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri, millət vəkili Müşfiq
Cəfərov, idman direktoru Mehman Allahverdiyev, baş məşqçi Tərlan Əhmədov və
çoxlu sayda azarkeş zərərçəkmişi tək buraxmayıblar.

21:20

Azərbaycan Premyer Liqasının XX turunda keçirilmiş “Səbail” – “Kəpəz”
oyunundan sonra azarkeş bıçaqlanıb.

Klubdan “Report”a verilən məlumata görə, hadisə final fitindən sonra matçın
oynanıldığı “ASCO Arena”nın yaxınlığında baş verib.

Əvvəlcə iki komandanın fanatları arasında mübahisə düşüb. Tərəflər məsələyə
aydınlıq gətirmək üçün stadiondan kənara çıxıblar. Bu zaman “Səbail”in
tərəfdarlarından biri bıçaqla “Kəpəz” fanatına xəsartə yetirib.

Qarın boşluğundan xəsarət alan azarkeş dərhal 1 saylı Kliniki Tibbi Mərkəz
çatdırılıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, “Səbail” – “Kəpəz” matçı Bakı klubunun 1:0 hesablı qələbəsi ilə
başa çatıb.

Source link