bc4fed2a-601b-4312-a3b7-23818930473c..jpg

“Kəpəz”in kapitanı: “Nəticələrimiz yaxşı deyil”

Baxış sayı: 586 dəfə baxılıb.

“Kəpəz”in kapitanı: “Nəticələrimiz yaxşı deyil”

“Mövsümün startında “Neftçi” üzərində qələbə qazansaq da, sonrakı oyunlar
göstərdi ki, nəticələrimiz yaxşı deyil”.

“Report”un məlumatına görə, bunu “Kəpəz”in futbolçusu Vurğun Hüseynov klubun
mətbuat xidmətinə açıqlamasında mövsümün ilk 6 turundakı nəticələrini
dəyərləndirərkən deyib.

35 yaşlı müdafiəçi çatışmazlıqlarının olduğunu etiraf edib:

“Baş məşqçi təhlil edir, bu barədə bizi məlumatlandırır. Oyundan-oyuna bu
problemləri azaltmağa çalışırıq. Son matçlardakı səhvlər komanda şəklində
deyil, fərdi səhvlərdir. Bunları yoluna qoymaq üçün məşqlərdə əlimizdən gələni
edirik”.

Kapitan hazırda 4 xalla 9-cu pillədə qərarlaşan Gəncə təmsilçisinin daha
yaxşısına layiq olduğunu düşünür:

“Yeni baş məşqçimiz var, kollektiv yayda yığılıb. Qarşıda isə çox oyunlar
olacaq. Azarkeşlər arxamızda olsunlar, uğurlu nəticələrimiz çox olacaq”.

V.Hüseynov zədəsini tam sağaltdığını, meydana çıxmaq iqtidarında olduğunu
sözlərinə əlavə edib:

“Neftçi” ilə oyundan əvvəl gözlənilməz zədə aldım. Sevindirici haldır ki,
sağalmışam, komanda ilə birgə məşqlərə başlamışam. Baş məşqçi şans verərsə,
qarşıdakı görüşlərdə iştirak edərəm. Biz bir ailəyik, qələbə də, məğlubiyyət də
hamımıza təsir edir. Futbolçuların həvəsdən düşməmələri üçün təcrübəli bir
oyunçu kimi, əlimdən gələni edirəm. Özüm meydanda olanda daha çox faydam
dəyəcək”.

Qeyd edək ki, “Kəpəz” Premyer Liqanın VII turunda sentyabrın 24-də “Sabah”ın
qonağı olacaq.

Source link